Vətəndaşların müraciətləri dinlənilmişdir
20 avqust 2024 | 14:00
Vətəndaşların müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev müəyyən edilmiş qrafikə uyğun olaraq hər həftə olduğu kimi bu həftə də rayon sakinlərini qurumun inzibati binasında qəbul edərək müxtəlif məzmunlu müraciətlərini dinləmiş, qaldırılan müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlara bir sıra göstərişlər vermişdir.
Qəbul zamanı qaldırılan bəzi məsələlər yerindəcə həll edildi, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydiyyata alınmışdır.