Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətləri dinlənildi

23 may 2023 | 14:21
Vətəndaşların müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə vətəndaşları qəbul edib. Qəbul üçün müraciət edən Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, ev təmirinə köməklik edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri Şəhər rəhbəri tərəfindən dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunması üçün göstəriş verilib, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib. Sakinlər əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər