Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar növbəti dəfə fərdi şəkildə dinlənildi

09 avqust 2022 | 14:41

Vətəndaşlar növbəti dəfə fərdi şəkildə dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirdi. ŞİH Başçısı Şəhid ailələrini, Qaziləri, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış oldu, müraciət və təklifləri dinlədi, vətəndaşların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürüldü.
Vətəndaşlar müraciətlərinə həssas yanaşılması və onlar üçün rahat şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət, qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər