Vətəndaşlar fərdi şəkildə qəbul edildi
07 iyun 2022 | 14:13
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında sakinlərin növbəti qəbulunu keçirdi, onlar tərəfindən qaldırılan məsələləri dinlədi.
Şəhər Rəhbəri tərəfindən əvvəlcə Vətən Müharibəsi qaziləri, veteranları növbəsiz qəbul edərək dinlənildi, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara göstərişlər verildi. İcra Hakimiyyətinin səlahiyyətində olmayan məsələlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata götürüldü.
Həmçinin qəbulda vətəndaşlar tərəfindən qaz sayğacının quraşdırılması, işlə təminat, ünvanlı sosial yardımın təyin edilməsi və başqa məsələlər barəsində müraciətlər edildi. Qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapdı. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Qəbul zamanı sakinlər onlara yaradılan şəraitdən razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.