Vətəndaş qəbulunda səsləndirilən növbəti müraciət öz müsbət həllini tapıb
24 mart 2026 | 17:20
Vətəndaş qəbulunda səsləndirilən növbəti müraciət öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalini narahat edən problemlərin öyrənilməsi və vaxtında həll edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən mütəmadi olaraq qəbullar keçirilir, qəbullarda səsləndirilən problemlərin həlli istiqamətində aidiyəti qurumlarla birlikdə müvafiq işlər aparılır.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin növbəti vətəndaş qəbulu zamanı İrəvanlı yaşayış massivininin sakinləri Yevlax-Bərdə avtomobil yolunun 6-cı km-də dayanacaq məntəqəsi olmadığını, sərnişindaşıma həyata keçirən nəqliyyat vasitələrinin sürücülərinin sərnişinləri mindirmək və düşürmək üçün saxlayan zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə olunduqlarını bildirərək dayanacaq məntəqəsinin quraşdırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən qaldırılmış məsələ yerində araşdırılarkən qeyd olunan ərazidə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayana bilməməsinin sakinlərə müxtəlif çətinliklər yaratdığı müəyyən olunmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının göstərişi ilə müaciət aidiyyəti üzrə AYNA-nın Yevlax Regional İdarəsinə yönləndirilib. AYNA-nın Yevlax Regional İdarəsi tərəfindən qeyd olunan ərazidə “5.12” y (avtobus dayanacağı) 5.16.1 və 5.16.2 (piyada keçidi) və digərləri olmaqla ümumilikdə 21 ədəd yol nişanı quraşdırılmışdır. Eyni zamanda yolun hərəkət hissəsində piyada keçidi nişanlanma xətləri çəkilmiş və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə hərəkət sürəti 90km/saatdan 60 km/saata endirilmişdir. Görülmüş işlər nəticəsində vətəndaş müraciəti müsbət həll olunmuş, sakinlərin məmnunluğu təmin edilmişdir.
Sakinlər müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.






