Vətən müharibəsi Şəhidlərinin ailələrinin ziyarəti davam etdirilir
Bu gün Müstəqil ölkəmiz Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında tarixinin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz işğal altında olan torpaqlarımızı işğaldan azad edərək tarix yazdı.
Ölkə Rəhbərliyinin tapşırıq və tövsiyyələri əsasında Yevlaxda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları qrafik əsasında rayon ərazisində yaşayan ailələrini ziyarə edir, problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.
Ənənəyə çevirlən növbəti ziyarət zamanı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati Ərazi üzrə nümayəndəsi Amil Musayev Vətən Müharibəsi Şəhidləri Məmmədov Elton Ramil oğlu və Səmədov Sadiq İbrahim oğlunun ailəri ilə görüşdülər. Ziyarət zamanı səsləndirilən müraciətlər və istəklər həlli istiqamətində işlərin görülməsi üçün qeydiyyata alındı.
Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.