Vətən Müharibəsi Şəhidi Sadiq Əsgərovun ailəsi ziyarət edildi
19 oktyabr 2022 | 16:33
Vətən Müharibəsi Şəhidi Sadiq Əsgərovun ailəsi ziyarət edildi
Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bu mənada də bir sıra işlər həyata keçirilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və aparatın məsul işçiləri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar.
Şəhər İcra Hakimiyyəti başçısı növbəti görüş zamanı rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhid Əsgərov Sadiq Elbəyi oğlunun ailəsinə baş çəkib,ailə üzvləri ilə söhbət edib. Söhbət zamanı qeyd olunub ki, Müəzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Görüşdə şəhidin valideyinləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Şəhər rəhbəri ailənin problemləri və onları narahat edən məsələlərlə də maraqlanıb. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər.