Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Paşayev Əvəz Telman oğlunun ailəsi ziyarət edilib

06 avqust 2022 | 18:57

Vətən müharibəsi Şəhidi Paşayev Əvəz Telman oğlunun ailəsi ziyarət edilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri ilə birlikdə Marzılı kəndində Vətən müharibəsi şəhidi Paşayev Əvəz Telman oğlunun ailəsini ziyarət ediblər.
Şəhər Rəhbəri görüşdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbədən, bu qələbədə qəhrəman oğullarımızın rolundan danışıb. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Əvəz kimi Vətən övladlarının xatirəsinin daim uca tutulacağı vurğulayıb.
Şəhid Əvəz Paşayev ölümündən sonra Ölkə Rəhbərinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin atası Telman Paşayev oğlu ilə fəxr etdiyini bildirmiş, övladının xatirəsinin əziz tutulduğu, ailəsinə diqqət və qayğı göstərildiyi üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi.

Keçidlər