Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Kərimov Elgün Rauf oğlunun növbəti ad günü məzarı başında qeyd edildi

17 sentyabr 2023 | 17:13
Vətən müharibəsi şəhidi Kərimov Elgün Rauf oğlunun növbəti ad günü məzarı başında qeyd edildi
Şəhidin Aran qəsəbə qəbiristanlığındakı məzarı başında keçirilən mərasimdə Yevlax İcra Hakmiyyəti Başçısı aparatının məsul əməkdaşları Vasif İsayev və Asəf Almədətov, şəhid ailələrinin üzvləri ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının məsul əməkdaşı Vasif İsayev şəhidin ailə üzvlərinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Vasif İsayev həmçinin qeyd etdi ki, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrilib.
Mərasimdə bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Qeyd edək ki, şəhid Rauf Kərimov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə”,”Cəsur döyüşçü” medalları ilə və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 14.12.2022-ci il tarixli 210 nömrəli Sərəncamı ilə adı yaşadığı küçəyə verilmişdir.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər