Vətən Müharibəsi Şəhidi İbrahim Hüseynlinin məzarı doğum günü münasibətilə ziyarət edildi
30 may 2023 | 17:11
Vətən Müharibəsi Şəhidi İbrahim Hüseynlinin məzarı doğum günü münasibətilə ziyarət edildi
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun məsul əməkdaşları rayonun Qoyunbinəsi kəndindən olan Vətən müharibəsi şəhidi Hüseynli İbrahim İsa oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsi nümayəndələrinin, kənd İnzibati Ərazi Dairəsinin əməkdaşlarının, şəhidin təhsil aldığı Qoyunbinəsi kənd tam orta məktəbinin müəllim kollektivinin və şagirdlərin iştirak etdiyi mərasimdə, Şəhidin ruhuna dualar oxunub, məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Şəhid ailəsinin nümayəndələrinə dərin hüzünlə başsağlığı verib, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs ediblər. Qeyd edilib ki, Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Ordumuzun rəşadəti hesabına mümkün olmuşdur. Azərbaycan dövləti və xalqı var olduqca Şəhidlərin əziz xatirəsi də qəlbimizdə əbədi olaraq yaşayacaq və daim ehtiramla anılacaqdır.
Məktəblilər tərəfindən Şəhidin xatirəsinə həsr olunan bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.