Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Bəhruz Məmmədovun ailə üzvləri ilə görüş keçirildi

11 dekabr 2022 | 12:49
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bu baxımdan Yevlaxda da bir sıra işlər həyata keçirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı, İcra Hakimiyyətinin rəsmiləri, Şəhər rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonda fəaliyyət göstərən idarə-müəssisə və təşkilat rəhbərləri Vətən müharibəsi şəhidlərinin ailələrini, qaziləri daim diqqətdə saxlayır, mütəmadi olaraq şəhid ailələrini qaziləri ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev rayonun Yuxarı Salamabad kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Bəhruz Tahir oğlunun yaşadığı evdə ailə üzvlərinə baş çəkib. Görüş zamanı Şəhər rəhbəri Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb. Qeyd edib ki, Vətən müharibəsində şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində qazanılıb. Həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır.
Görüşdə şəhid yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Şəhər rəhbəri Şəhid yaxınlarının problemləri və onları narahat edən məsələlərlə də maraqlanıb. Şəhid yaxınları onlara göstərilən diqqət və qayğıya görə ölkə Başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər
Keçidlər