Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi qazisi Həsənov Rövşən Cəbrayıl oğlu yaşadığı evdə ziyarət edildi

21 sentyabr 2022 | 15:51
Vətən Müharibəsi qazisi Həsənov Rövşən Cəbrayıl oğlu yaşadığı evdə ziyarət edildi
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərə, müharibə iştirakçısı olmuş şəxslərə daim xüsusi diqqət və qayğısı göstərilir. Ölkə Rəhbərliyinin müvafiq göstərişlərinə əsasən dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Yevlaxda da şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirlər. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların müraciətlərini dinləyir.
Şəhər rəhbəri 44 günlük Vətən Müharibəsində sağlamlığını itirən rayonun Malbinəsi kənd sakini Həsənov Rövşən Cəbrayıl oğlunu yaşadığı evdə ziyarət etmişdir. Ziyarət zamanı 30 il ərzində dünya¬nın super gücə malik dövlətlərinin, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri münaqişənin 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun gücü ilə öz həllini tapması, düşmənin diz çökdürülməsi söhbət edildi. Həmçinin bildirildi ki, Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə bitdi. Bununla da ölkəmiz son iki əsrlik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Həsənov Rövşən Cəbrayıl oğlu Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və Azərbaycan Respublikasının Baş Nazirinin Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
Rövşən Həsənov qazilərə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi.
Keçidlər