Vətən Müharibəsi qazilərinin ziyarət edilməsi davam etdirilir
Vətən Müharibəsi qazilərinin ziyarət edilməsi davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi qaziləri daim diqqət mərkəzində saxlanılır, problemlərinin öyrənilməsi, müraciətlərinin dinlənilməsi və qaldırdıqları məsələlərin həlli istiqamətində köməklik göstərilməsi məqsədilə İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən mütəmadi ziyarət olunurlar.
Növbəti ziyarət zamanı İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Anar Hüseynov, İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi Məhəmməd Quliyev rayonun Marzılı kəndindən olan Vətən Müharibəsi qazisi Yolçuyev Nürəddin Bəxtiyar oğlu, Havarlı kəndindən olan Vətən Müharibəsi qaziləri İsmayılov Abdulməcid Kənan oğlu və Mustafayev Cavid Əfqan oğlu ilə evlərində görüşərək, onların müraciətlərini dinləmiş, qaldırdıqları məsələləri aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata almışlar. Görüş zamanı Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Qələbədən, bu qələbədə Şəhid və qazilərimizin əvəzedilməz rolundan bəhs edilib. Şəhidlərə Allahdan rəhmət dilənib, qazilərə isə can sağlığı arzulanıb. Həmçinin qazilər öz şərəfli döyüş yollarından bəhs ediblər.
Qazilər və ailələri göstərilən daimi diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etmişlər.