Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçılarına növbəti dəfə medallar təqdim olundu

30 oktyabr 2023 | 14:23
Yevlaxda Vətən müharibəsi veteranlarına təltif edildikləri medalların təqdim olunmasına həsr edilmiş növbəti tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov və Vətən müharibəsi veteranları iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev şəhidlərimizin, qazilərimizin və vetaranlarımızın müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açaraq onlarla bütün Azərbaycan xalqının fəxr etdiyini, uzun müddət yaddaşda silinməyəcək bir tarix yazdıqlarını qeyd etdi.
Daha sonra müharibə veteranlarına Azərbaycan Respublikasının Baş Nazirinin Sərəncamı ilə təltif edildikləri “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olundu.
Tədbirdə çıxış edən Vətən Müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər