Vətən Müharibəsi iştirakçılarına medallar təqdim edildi
Vətən Müharibəsi iştirakçılarına medallar təqdim edildi
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin təşkilatçılığı ilə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik, şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Yevlaxdan olan Vətən müharibəsi iştirakçılarına medalların təqdim edilməsinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov və müharibə veteranları iştirak etmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən, qəhrəmanlıqla döyüşən əsgərlərimizin şücaətindən danışmış, medala layiq görülmüş müharibə iştirakçılarını təbrik edərək, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışdır.
Sonra çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov bildirdi ki, Vətən müharibəsi Azərbaycanda dövlət və xalq arasında olan birliyin sarsılmaz olduğunu sübüt etdi. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan oğullarının igidliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında Ölkə Prezidenti Cənab İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi, 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid vətən oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində 30 illik həsrətə son qoyulduğunu qeyd etdi. Medala layiq görülən hər bir müharibə iştirakçısını təbrik etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin rəisi, mayor Samir Qurbanov çıxış edərək vətənin azadlığı və ərazi bütövlüyü uğrunda əzmlə döyüşən və qələbə qazanan vətən oğullarına dərin minnətdarlığını bildirdi. Həmçinin qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında düşməni məğlub edərək uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunmasında iştirak edən qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadət, Vətən övladlarının döyüş yolu gələcək nəsillərə həmişə örnək olacaqdır.
Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.