Varvara kənd sakinlərinin müraciətləri dinlənilib
05 noyabr 2026 | 15:00
Varvara kənd sakinlərinin müraciətləri dinlənilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə növbəti səyyar qəbulunu rayonun Varvara kəndində keçirib.
Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun xidmət təşkilatlarının rəhbərləri və Varvara kəndinin sakinləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
İcra Hakimiyyətinin Başçısı sakinlər tərəfindən qaldırılan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıq və tövsiyələr verib.






