Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
03 noyabr 2025 | 15:29
Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Q.Məhərrəmov adına şəhər 4 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planının təsdiq edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Fərmanının 5.4.2-ci bəndinin icrası ilə bağlı “Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformalar yaradılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun Aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Asəf Almədətov uşaqların hüquqlarının qanunla müdafiəsi, onların maraqlarına toxunan məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətindən söz açmışdır.Görüş zamanı mövzu barədə uşaqları maraqlandıran suallar cavablandırılmışdır.






