Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin Yevlax rayonu üzrə nümayəndələrinin təqdimatında maarifləndirici görüş keçirilmişdir

11 may 2025 | 12:38
Uşaq Səfirlər Məclisinin Yevlax rayonu üzrə nümayəndələrinin təqdimatında maarifləndirici görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax şəhər Q.Məhərrəmov adına 4 nömrəli tam orta məktəbdə Uşaq Səfirlər Məclisinin Yevlax rayonu üzrə nümayəndələri Fatimə Abbaslı və İradə Muradovanın təqdimatında "Yol hərəkəti qaydaları" adlı maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Asəf Almədətov, Yevlax şəhər Q.Məhərrəmov adına 4 nömrəli tam orta məktəbin direktoru Zərif Mehtiyeva, Yevlax Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşı Fariz Hüseynov və rayonun müxtəlif məktəblərdən şagirdlər iştirak etmişlər.
Görüş Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi və Ümummili Liderimiz Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır.
Görüşdə iştirakçılara "Yol hərəkəti qaydaları" ilə bağlı ətraflı məlumat vermiş, onların maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər