Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Səfirlər Məclisi”nə seçilən Yevlaxdan olan şagirdlərlə görüş keçirilib

04 aprel 2024 | 16:45
“Uşaq Səfirlər Məclisi”nə seçilən Yevlaxdan olan şagirdlərlə görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətov və “Uşaq Səfirlər Məclisi”nin üzvləri iştirak ediblər.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Məclisə seçilən uşaqları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb, məclisin fəaliyyəti, görüləcək işlər barədə məlumat verib. Həmçinin cəmiyyətdə bu layihəyə böyük maraq olduğunu, “Səfirlər Məclisi”nin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanındığını söyləyib. Uşaqların onlara aid olan siyasətlərin müəyyən edilməsində, formalaşdırılmasında, maraqlarına uyğun layihələrin hazırlanmasında və keçirilməsində iştirak etməli olduğunu bildirərək onların iştirakçılıq hüququnun təmin olunması baxımından belə layihələrin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Keçidlər