Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol üzrə rayon turniri sona çatıb

09 may 2026 | 13:13
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol üzrə rayon turniri sona çatıb
Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatı təmsil edən 7 komandanın iştirakı ilə keçirilən mini futbol üzrə rayon turniri sona çatıb. Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin birgə təşkilatçılığı ilə Yevlax Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mədəniyyət İşçilər Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin rəhbəri Seymur Novruzov, Yevlax rayonu üzrə gənclər və idman sektorunun müdiri Samir Kərimov, Yevlax Olimpiya İdman Kompleksinin direktoru Nicat Haqverdiyev, gənclər və idman, təhsil sektorlarının nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini futbol turnirinin keçirilməsində əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olub. Bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi xüsusi tədbirlər həyata keçirilib. Bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın bayrağı beynəlxalq kürsülərdə dalğalanır və idmançılarımız saysız-hesabsız uğurlara imza atır.
Kubok uğrunda mübarizə aparan komandalardan “FHN Aran regional mərkəzi” komandası 1-ci yeri, “Yevlax rayonu üzrə təhsil sektoru” komandası 2-ci yeri, “Yevlax rayonu üzrə gənclər və idman sektoru” komandası isə 3-yeri tutub.
1-ci yerin qaliblərinə kubok, diplom və qiymətli hədiyyələr, 2-ci yerin qaliblərinə diplom və qiymətli hədiyyələr, 3-cü yerin qaliblərinə isə diplomlar təqdim olunub
Keçidlər