Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Heydər Əliyev: Azərbaycanın xilaskarı, əbədiyaşar Lider" adlı şahmat üzrə rayon birinciliyində qalib gəlmiş şahmatçılarla görüş keçirilmişdir

10 may 2024 | 16:45
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Heydər Əliyev: Azərbaycanın xilaskarı, əbədiyaşar Lider" adlı şahmat üzrə rayon birinciliyində qalib gəlmiş şahmatçılarla görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon təhsil sektorunun nəzdində fəaliyyət göstərən Yevlax UGİŞM-in birgə təşkilatçılığı ilə keçirilmiş müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Heydər Əliyev: Azərbaycanın xilaskarı, əbədiyaşar Lider" adlı "Şahmat üzrə Rayon Birinciliyi"ndə qalib gəlmiş şahmatçılarla görüş keçirilib.
Görüşdə çıxış edənlər YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli vurğulayıblar ki, Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Güclü Azərbaycan bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır.
Qeyd edək ki, 2017-ci il və 2016-cü il təvəllüdlü şahmatçılar arasında Əhmədli Zeynəb Samir qızl 1-cı yeri, Əhmədli Nilay Xəyal qızı 2-ci yeri, Məmmədov Yunus Samir oğlu 3-cü yeri tutmuşlar.
2013-cü il və 2012-cü il təvəllüdlü şahmatçılar arasında Qəhrəmanlı Məmməd Nəsimi oğlu 1-ci yeri, Məmmədli Ümid Bəxtiyar oğlu, Səfərli Elmir Ceyhun oğlu 3-cü yeri tutmuşdur.
2011-cı il təvəllüdü və 2011-ci il təvəlüddən yuxarı şahmatçılar arasında Səfərli Kamal Əli oğlu1-ci yer, Məmmədova Aysu Orxan qızı 2-ci yeri, Ağalarova Jalə İlkin qızı 3-cü yeri tutdular.
2015-ci il və 2014-cü il təvəllüdlü şahmatçılar arasında Səlimli Nicat Tural oğlu 1-ci yeri, Ağayeva Mələkxanım Elçin qızı 2-ci, Məmmədli Ramal Rafət oğlu 3-cü yeri tutmuşlar.
İsmayıllı İsmayıl Rza oğlu 2018-cı il təvəllüdü və 2018-cı il təvəlüddən aşağı şahmatçılar arasında 1-ci yeri tutmuşdur.
Qaliblər YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub, onlara hədiyələr təqdim edilib.
Keçidlər