Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri sona çatıb
09 may 2023 | 17:28
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri sona çatıb
Yevlax Şəhər İcra Hakimiyyətinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər, idman yarışları keçirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş idarə,müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon turniri keçirilib.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olub. Bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi xüsusi tədbirlər həyata keçirilib. Bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın bayrağı beynəlxalq kürsülərdə dalğalanır və idmançılarımız saysız-hesabsız uğurlara imza atır.
14 mart 2023-cü il tarixdən başlayan futbol turnirinin qrup və play off mərhələləri keçirilib. 4 qrup olmaqla 16 komanda final üçün mübarizə aparıb. 8 may 2023-cü il tarixdə komandalar arasında final qarşılaşması olub. Kubok uğrunda mübarizə aparan komandalardan “Arfa mebel” komandası 1-ci yeri, “Mühafizə polisi” komandası 2-ci yeri, “Qaz istismar sahəsi” komandası isə 3-yeri tutub.
1-ci yerin qaliblərinə kubok və diplomlar,2-ci və 3-cü yerin qaliblərinə isə diplomlar təqdim olunub. Həmçinin komandalara hədiyə kuponları, futbol topu təqdim edilib, xatirə şəkilləri çəkilib.