Türkiyə üçün humanitar yardım kampaniyasına Yevlax Şəhər İcra Hakimiyyəti də qoşulub
11 fevral 2023 | 13:03
Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına Yevlax Şəhər İcra Hakimiyyəti də qoşulub.
Fevralın 10-da şəhər icra hakimiyyəti tərəfindən göndərilən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən türk qardaşlarımız üçün zəruri geyim, ərzaq, qida məhsulları və böyük generatorlar yük avtomobilləri ilə gətirilib.