Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir
26 dekabr 2024 | 12:39
Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfidən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Sərəncama imzalanmışdır. Sərəncamla əlaqədar 26.12.2024-cü il tarixdə saat 12:00-da qəzada həlak olmuş şəxslərin xatirəsi ölkənin hər yerində olduğu kimi Yevlaxda da 1 dəqiqəlik sükutla yad edilmişdir.