Şriftin ölçüsü :

Saytın rəngi :

Tanrıqulular kəndində sakinlərin müraciətlər həssaslıqla dinlənildi

04 may 2023 | 18:02
Tanrıqulular kəndində sakinlərin müraciətlər həssaslıqla dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, şəhərin hüquq-mühafizə orqanlarının, rəsmi dövlət və xidmət idarələrinin rəhbərləri ilə birgə Tanrıqulular kəndində vətəndaşların ənənəvi səyyar qəbulunu keçirmişdir. Kənd məktəbinin geniş həyətində, açıq səma altında düzənlənmiş qəbul iştirakçıları ilə səmimi görüşdən sonra Şəhər rəhbəri kənd sakinlərinin arzu, istək, təklif, müraciət və onları narahat edən digər qayğıları ilə yaxından maraqlanmışdır.
Qəbula gələnlərin əksəriyyəti o qədər də ciddi problem yaşamadıqlarını bildirmişdir. Sakinlər qaz, elektrik, rabitə və içməli su probleminin həll olunmasının, suvarma və şor kanallarının təmizlənməsinin zəruriliyindən söhbət açmışlar. Vətəndaşların hər bir sorğu və müraciətlərini yüksək həssaslıqlıqla dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı bəzi məsələlərin yerindəcə həll ounmasını təmin etmiş, vaxt və araşdırma tələb edən çatışmazlıqların tezliklə aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq göstərişlər vermişdir.
Keçidlər