Şriftin ölçüsü :

Saytın rəngi :

"SOCAR "Azəriqaz" İB-inin məsul əməkdaşları "Açıq mikrofon" aksiyası çərçivəsində Yevlax şəhərində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinlədi

14 noyabr 2022 | 08:27
"SOCAR "Azəriqaz" İB-inin məsul əməkdaşları "Açıq mikrofon" aksiyası çərçivəsində Yevlax şəhərində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinlədi
"SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon" aksiyasında bu dəfə Yevlax şəhərində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləməyə hazırıq. Hər bir sahibkarın qaz təchizatında üzləşdiyi problemin həlli istiqamətində Birliyin səlahiyyətləri çərçivəsində tədbirlər görülür". Bunu SOCAR "Azəriqaz" İB-nin şöbə rəisi Rövşən Məhyəddinov Yevlaxda qurulan "Səyyar qəbul otağı"nda çıxışı zamanı bildirib. Qurum rəsmisi vətəndaşların da qatıldığı aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb. Mikrofon önünə keçən KOBİA nümayəndəsi Ayaz Ədilov ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, SOCAR "Azəriqaz" İB-nin KOBİA ilə birgə həyata keçirdiyi aksiyaları yüksək qiymətləndirib.
Əli Əliyev istisna olmaqla, qaz təchizatında hər hansı bir problemlə qarşılaşmadıqlarını söyləyən sahibkarlar Birliyə sadəcə öz minnətdarlıqlarını bildiriblər. Əli Əliyev isə ona yazılan debitor borcun araşdırılmasını xahiş edib.
Sahibkarlarla yanaşı, vətəndaşlar da mikrofon önünə keçərək müraciətlərini ünvanlayıblar. Mələk Baxşəliyevanın, Xalidə Bayramovanın və Səməd Nəbiyevin müraciətləri debitor borcun ödənilməsi istiqamətində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı olub.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Keçidlər