S.Mövlayev adına Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində təmir işləri aparılır
09 sentyabr 2026 | 15:03
S.Mövlayev adına Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində təmir işləri aparılır
Yeni tədris ili ərəfəsində Yevlax rayonun bir sıra ümumtəhsil məktəbində təmir işləri həyata keçirilir. Görülən işlərin davamı olaraq rayonun S.Mövlayev adına Qaramanlı kənd tam orta ümumtəhsil məktəbi təmir olunur. Təmir işləri çərçivəsində məktəbin dam örtüyü dəyişdirilib yeni sanitar qovşaq tikilib.Görülən işlər yeni tədris ilində məktəbin müəllim və şagird kollektivi üçün daha rahat və əlverişli mühit yaratmaqla yanaşı şagirdlərin keyfiyyətli təhsil almalarına və tədris prosesinin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.Qeyd edək ki ,11 sinif komplektindən ibarət 140 nəfər şagirdin təhsil aldığı Yevlax rayonu S.Mövlayev adına Qaramanlı kənd tam orta ümumtəhsil məktəbi 1989- cu ildə inşa edilib.Hazırda davam edən təmir işlərinin yeni tədris ili başlayanadək tam yekunlaşacağı planlaşdırılır.






