Şriftin ölçüsü :

Saytın rəngi :

ŞİH Başçısının səyyar qəbulları davam edir

25 may 2023 | 14:38
ŞİH Başçısının səyyar qəbulları davam edir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən dövlət məmurlarının, vəzifəli şəxslərin yerlərdə vətəndaşlarla səyyar qəbul və görüşlər keçirmələri kimi nümunəvi iş prinsipi insanlara diqqət, qayğının bariz nümunəsidir. Bu tapşırıq Yevlaxda da müvəffəqiyyətlə icra olunur. Belə ki, müəyyən edilmiş günlərdə ŞİH Başçısı Anar Tağıyev tərəfindən Şəhər İcra Hakimiyyətinin inzibati binasında və kəndlərdə vətəndaş qəbulları keçirilir, problemlər dinlənilir, həlli istiqamətdə işlərin görülməsi üçün tapşırıqlar verilir.
Xüsusilə kənd yerlərində yaşayanlar belə görüşləri yüksək dəyərləndirirlər. Həmin görüşlər zamanı onlar dövlət rəsmiləri və xidmət idarələrinin rəhbərləri ilə təmasda olur, fikir mübadiləsi edir, arzu, istək və problemlərini dilə gətirir, onların bəzilərinin yerindəcə müsbət həllini tapmasından məmnunluq duyurlar.
ŞİH Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə rəhbərləri Qaramanlı kəndində sakinlərlə səyyar görüş keçirdi. Yaşadıqları kəndin sosial problemlərinə, məişət qayğılarına, təbii qaz, işıq, içməli su, abad yol, rabitə və digər məsələlərə toxunan sakinlər onların ardıcıl olaraq öz həllini tapması prosesinə dövlət səviyyəsində göstərilən hərtərəfli kömək və yardımlara, bütövlükdə xalqımıza bəxş olunan xoş güzarana görə Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Kənd sakinləri həmçinin həllini gözləyən bir sıra çatışmazlıqları da gündəmə gətirmişlər. ŞİH Başçısı səsləndirilən müraciətlərə, təkliflərə yüksək həssaslıq və diqqət göstərərək onların qısa zaman ərzində aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Keçidlər