Səyyar vətəndaş qəbulunda qaldırılmış növbəti müraciət öz müsbət həllini tapmışdır
30 oktyabr 2024 | 14:20
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən sakinlərin problemlərinin yerində öyrənilməsi məqsədilə rayonun kənd və qəsəbələrində mütəmadi olaraq səyyar qəbullar keçirilir. Həmin qəbullarda qaldırılan təkliflər, şikayətlər və problemlər qeydiyyata alınır, həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilir.
Şəhər İcra Hakimiyyəti Başçısının rayonun Qaramanlı, Hacımahmudlu, Dəlləklər, Rüstəmli, Yenicə, Yeni Çobankərə, İsmayılabad, kəndlərində keçirdiyi səyyar qəbullarda sakinlər kəndin adı yazılmış lövhələrin olmadığını, bu halın onlara bir çox çətinliklər yaratdığını qeyd edərək, lövhələrin vurulmasında köməklik göstərilməsini xahiş etmişlər.
Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti quruma edilmiş müraciət nəticəsində qaldırılan məsələ öz müsbət həllini tapmışdır, növbəti dəfə vətəndaş məmnunluğu təmin olunmuşdur.