Səyyar qəbullarda qaldırılan məsələlər öz müsbət həllini tapmışdır
30 aprel 2025 | 22:21
Səyyar qəbullarda qaldırılan məsələlər öz müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rayonun kənd və qəsəbələrində keçirdiyi səyyar vətəndaş qəbulları zamanı sakinlərin səsləndirdikləri məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq işlər aparılır. Keçirilmiş səyyar qəbullar zamanı sakinlər kollektorların təmir edilməsinə, suvarma kanallarının lildən təmizlənməsinə köməklik göstərilməsi barədə müraciətlər səsləndirmişlər.
Səsləndirilən məsələlərlə bağlı Şəhər İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Malbinəsi, Qaraməmmədli, Rüstəmli, Qaramanlı və Yuxarı Qarxun kəndləri ərazisində yeni R-2 suvarma kanalı beton üzlüyə alınmış, suvarma kanalları lildən təmizlənmiş, beləliklə növbəti vətəndaş müraciətləri öz müsbət həllini tapmışdır.