Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılmış problem müsbət həllini tapmışdır

24 oktyabr 2024 | 18:18
Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılmış problem müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rayonun Xaldan kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakinləri Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun Xaldan kəndi ərazisindən keçən 0-3 km-lik hissələrində yol kənarı işıqlandırma sistemlərinin işləmədiyini, buna görə də gecə saatlarında yolun olduqca qaranlıq olduğunu, nəticədə mütəmadi olaraq avtoqəzaların baş verdiyini bildirərək, işıqlandırma sisteminin təmir edilərək bərpa olunmasını xahiş etmişlər. Məsələnin həlli ilə bağlı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən aidiyyəti quruma rəsmi müraciət ünvanlanmış, müraciətə cavab olaraq yol kənarı işıqlandırma sistemi təmir edilərək bərpa olunmuşdur. Beləliklə, sakinlərin müraciətlərinin müsbət həll olunması nəticəsində vətəndaş məmnunluğu təmin edilmişdir.
Keçidlər