Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədabad kəndində səyyar qəbul keçirildi

26 may 2022 | 14:22

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Səmədabad kənd sakinləri ilə keçirdi. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəbulda Şəhər Rəhbəri Ölkə Prezidenti , Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaşların rifah halının yaxşılaşdırılması dayandığını bildirdi.
Həmçinin Ölkə Rəhbərinin göstəriş və tövsiyyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində vətəndaşlarla yerlərdə görüşlərin əhəmiyyətli olduğu qeyd etdi.
Şəhər Rəhbəri tərəfindən sakinlərin qaldırdığı bütün müraciətlər dinlənildi, onların həlli istiqamətində aidiyyəti üzrə səlahiyyətli şəxslərə yerində göstərişlər verildi. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Qəbuldan razılıqlarını bildirən sakinlər onlara yaradılan şəraitə görə ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər