Səmədabad kəndində sakinlərin müraciətləri dinlənildi
06 aprel 2023 | 14:10
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Səmədabad kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirmişdir.
Qəbulda ŞİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilmişdir. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində həllini tapmış, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.
Qəbuldan razı qalan sakinlər onların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşıldığı üçün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.