Səmədabad kəndində sakinlərin müraciətləri dinlənildi
01 mart 2024 | 13:34
Səmədabad kəndində sakinlərin müraciətləri dinlənildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə əhalinin müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq əhalini narahat edən problemlərin yerində birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunnmuş qrafikə uyğun olaraq hər həftə vətəndaşların səyyar qəbulları həyata keçirilir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Səmədabad kəndində sakinləri ilə keçirdi. Səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edirdi.
Kənd sakinlərinin müraciətlərini dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi, tövsiyyələrini bildirdi.