Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədabad kənd sakinlərinin səyyar qəbul zamanı səsləndirdikləri müraciət öz müsbət həllini tapmışdır

12 aprel 2026 | 13:56
Səmədabad kənd sakinlərinin səyyar qəbul zamanı səsləndirdikləri müraciət öz müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin keçirdiyi vətəndaş qəbulları zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılaraq, həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Belə ki, Şəhər İcra Hakimiyyəti Başçısının rayonun Səmədabad kəndində keçirilmiş səyyar qəbul zamanı sakinlər yaşadıqları küçəni elektrik enerjisi ilə təmin edən hava xətlərinin və taxtadan olan elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət ediblər.
Şəhər İcra Hakimiyyətinin Başçısının qeyd olunan məsələnin qısa müddət ərzində həllini tapması ilə bağlı tapşırığına əsasən Yevlax Elektrik Şəbəkəsi tərəfindən səsləndirilən müraciət öz müsbət həllini tapmış, vətəndaş məmnunluğu təmin edilmişdir.
Kənd sakinləri görülən işlərə və onların müraciətlərinə həssaslıqla yanaşılmasına görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər