Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədabad kənd sakinlərinin müraciətləri dinlənilmişdir

06 mart 2025 | 13:19
Səmədabad kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Səmədabad kənd sakinləri ilə keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri iştirak etmişlər.
Qəbulun gedişində İcra Hakimiyyətinin Başçısı tərəfindən sakinlərin qaldırdıqları bütün müraciətlər dinlənilərək həlli istiqamətində aidiyyəti üzrə səlahiyyətli şəxslərə yerində göstərişlər verilmiş, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Qəbuldan razılıqlarını bildirən sakinlər onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər