Şəhidlərin müqəddəs xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir
27 sentyabr 2025 | 18:05
Sentyabrın 27-də saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi, Yevlaxda da bir dəqiqəlik sükutla yad edilib.
Sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.






