Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi övladları üçün əyləncəli bayram tədbiri keçirilib

28 dekabr 2023 | 13:20
Şəhid və qazi övladları üçün əyləncəli bayram tədbiri keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramı münasibətilə Yevlaxdan olan şəhidlərin və vətən müharibəsi əlillərinin övladları üçün Mingəçevir şəhərindəki "Khur side" əyləncə mərkəzində bayram tədbiri keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşı Vasif İsayev çıxış edərək bildirib ki, 31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.
Həmçinin qeyd etdi ki, Ulu Öndərin layiqli davamçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazandı, düşməni diz çökdürdü, 30 il düşmən tapdağında qalan əzəli torpaqlarımızı geri qaytardı. Vətən müharibəsində Ölkəmizin ərazi bütövlüyü uğrunda neçə vətən Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. Dövlət başçısının bu sahədəki siyasəti birmənalıdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlət rəhbəri canı bahasına Vətənin keşiyində duran, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə diqqət və qayğısını heç zaman əsirgəməyib. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir.
Tədbir gedişində şən klounların nümayiş etdirdikləri bir-birindən maraqlı, əyləncəli nömrələr uşaqların, eləcə də valideynlərin marağına və sevincinə səbəb olmuşdur.
Tədbirdə iştirak edən şəhidlərin və vətən müharibəsi əlillərinin övladlarına hədiyyələr paylanılmışdır. Övladlarını müşayiət edən valideynlər daima diqqətlə əhatə olunduqları üçün və göstərilən diqqət qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər