Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəhimov Təbriz Rəhim oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir

11 avqust 2023 | 17:29
Şəhid Rəhimov Təbriz Rəhim oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir
Yevlax rayonunun Gülövşə kəndində şəhid Rəhimov Təbriz Rəhim oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları şəhidin ailə üzvlərinə başsağlığı verib, ruhuna dualar oxuyublar. Tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev və ŞİHB aparatının məsul şəxsləri, Milli Məclisinin Yevlaxdan seçilmiş deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma” İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri Mədəd Süleymanov, Şəhidin ailə üzvləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhidin döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Vətən müharibəsi veteranı, ehtiyatda olan kapitan Xaliq Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək qazandığı Qələbənin tarixi əhəmiyyətindən danışıb.
O, bu tarixi Qələbənin əldə olunmasında yevlaxlı gənclərin də həmvətənləri ilə çiyin-çiyinə vuruşduqlarını və Vətən torpaqlarının düşmən işğalından azad olunması naminə canlarından keçdiklərini vurğulayıb. Bu qəhrəmanlığın nəsillərə əbədi örnək olduğunu, hər bir gənci bu nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməyə çağırıb.
Şəhidlərimizin nümayiş etdirdiyi qəhrəmanlıqlardan danışan Xaliq Əliyev onların həyatının gənc nəslin vətənpərvər ruhda böyüməsində misilsiz əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Şəhid ailələrinin üzvləri Azərbaycan oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışmış, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
Anım mərasimində çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma” İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədr müavini Vətən müharibəsi iştirakçısı, yazıçı, jurnalist Natiq Əlisoy şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Həmçinin qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti, şəhid və qazi olmuş igid oğlanlarımız hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, şəhidlərimizin qanı alındı. Şəhid qəhrəman övladlarımız heç vaxt unudulmayacaq, Onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək. Gələcək nəsillər öz qəhrəmanlarını əbədi yaşadacaqlar.
Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib. Kamilə Əliyeva çıxışında şəhid ailələrinə dövlət qayğısından bəhs edib. Prezident cənab İlham Əliyevin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Tədbirdə Gülövşə kənd tam orta məktəbinin şagirdləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.
Şəhid Təbriz Rəhimov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklər göstərmişdir.Müharibədən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətinə davam edən Təbriz Rəhimov Ermənistan ordusunun sentyabr ayının 12-si və 13-də Azərbaycan Respublikasının Qərb istiqamətində sərhəd boyu törətdiyin təxribatların qarşısının alınması nəticəsində Zəngilan rayonunda qəhrəmancasına şəhid olub. Düşmən təxribatının qarşısının alınması zamanı gedən döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə ilə təltif edilmişdir. Şəhidin adı yaşadığı küçəyə verilmişdir
Keçidlər