Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rasim Əmrahovun ailəsi ziyarət edilib

02 oktyabr 2022 | 18:59
Şəhid Rasim Əmrahovun ailəsi ziyarət edilib
Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq tarix yazdı. 30 illik vətən , torpaq həsrətimiz sona çatdı. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Yevlaxda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan insanların məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət mobil qrupun üzvləri müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Şəhər İcra Başçısı Anar Tağıyev rayonun Ərəbbəsrə kəndindən olan Vətən Müharibəsi Şəhidi Əmrahov Rasim İmran oğlunun ailəsini yaşadığı evdə ziyarət etdi. Ziyarət zamanı Şəhər rəhbəri qeyd etdi ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər