Şəhid Mayor Toğrul Bərxudarovun ailə üzvləri ziyarət edildi
Şəhid Mayor Toğrul Bərxudarovun ailə üzvləri ziyarət edildi
Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində Şəhid ailələri ziyarət olunması davam etdirilir. Növbəti ziyarət zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvləri ilə görüşmüşdür.
Ziyarət zamanı Şəhidin ailə üzvləri Toğrulla bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolu haqqında geniş söhbət açmışlar.
Şəhər rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb. Qeyd edib ki, Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.
Görüşdə vurğulanmışdır ki,Toğrul Bərxudarov daim xatirələrdə yaşayacaq, onun şərəfli ömür yolu gənclərimizə örnək olacaqdır.
Şəhidin Anası Güllü Bərxudarova və qardaşı Bəxtiyar Bərxudarov şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.