Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid kapitan Kamran İsmayılovun ailə üzvləri ziyarət olundu

08 iyun 2024 | 12:30
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış kapitan İsmayılov Kamran Vaqif oğlunun atası və anasını yaşadıqları evdə ziyarət edib, onların qayğıları ilə maraqlanmışdır.
Şəhər İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq vətənimizin azadlığı, müdafiəsi uğrunda canlarını qurban verərək Şəhidlik zirvəsinə ucalmış övladlarımızın xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.
Ziyarət zamanı Şəhid kapitan Kamran İsmayılovun qəhrəmanlıqlarla dolu döyüş yoluna nəzər salınıb, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, bütün şəhidlərimizin həyat yolunun gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Şəhidin atası Vaqif İsmayılov və anası Şərafət İsmayılova onlara göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər