Şəhid Kamil Salahov doğum günündə məzarı başında anılıb
Şəhid Kamil Salahov doğum günündə məzarı başında anıldı
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi zamanı Vətənimizin azadlığı,ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması ənənə halını alıb. Ənənənin davamı olaraq 30 iyul 2023-cü il tarixində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış, Salahov Kamil Mətləb oğlunun doğum günü şəhidin məzarı önündə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və şəhidin ailə üzvləri birlikdə qeyd olundu.Yaldili kənd qəbiristanlığında Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü, əziz xatirəsi ehtiramla yad olundu. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Vasif İsayev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Şəhid Kamil Salahov 30.07.1998-ci ildə Yevlax şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonu Yaldili kənd qəbiristanlığında dəfn edilib.
Şəhid Kamil Salahov Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamlari ilə ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə","Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.