Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əyyub Bəşirovun ailəsi ziyarət olundu

23 iyul 2022 | 14:05

Şəhid Əyyub Bəşirovun ailəsi ziyarət olundu

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev ənənəvi olaraq Şəhid ailələrini ziyarəti davam etdirib. Şəhər Rəhbəri İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Ərəş kəndində Vətən müharibəsi Şəhidi Bəşirov Əyyub Ramiz oğlunun ailəsini ziyarət edib. 

Ziyarət zamanı ailənin qayğıları ilə maraqlanan Şəhər Rəhbəri qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıq verdi. İcra Hakimiyyətinin səlahiyyətlərindən kənar məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.

Şəhidin atası Ramiz Bəşirov dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, bütün bunlar üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi.

Keçidlər