Şəhid Elçin Ağayevin yaşadığı evə barelyefi qoyuldu
Şəhid Elçin Ağayevin yaşadığı evə barelyefi qoyuldu
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün işlər həyata keçirilir. Həm Birinci Qarabağ həm də Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə abidələr tikilir, bulaqlar inşa edilir,şəhidlərin yaşamış olduqları binalar, fərdi evlərə barelyeflər vurulur.
Görülən işlər çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ilə 1-ci Qarabağ müharibəsində Respublikamızın ərazi bütövlüyü uğrunda 1992-ci il 3 iyul tarixində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidilik zirvəsinə ucalmış Ağayev Elçin Vaqif oğlunun yaşamış olduğu evdə xatirə barelyefinin açılış mərasimi keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının1 nömrəli SİƏD üzrə nümayəndəsi Amil Musayev Azərbaycan QMƏVŞA İB-nin Yevlax filialının sədri Mansur Əliyev, Yevlax Bələdiyyəsinin sədri İsmayıl Hüseynli,Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli, Təhsil şöbəsinin, Yevlax Gənclər və İdman İdarəsinin, Yevlax Gənclər evi Sosial Xidmət Müəssisəsinin rəhbər şəxsləri, Şəhidin təhsil aldığı Şəhər 5№-li tam orta məktəbin müəllim,şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri,döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin ailə üzvləri tərəfindən bareylef açılıb.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri ilə görüşməsi, onları dinləməsi, şəhid ailələrinin birdəfəlik müavinətlə təmin olunması haqqında fərman imzalaması dövlət başçısının bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan insanların yanındadır.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, qeyd etdi ki, bu gün 1-ci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanımızın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Qalib gəldiyimiz 44 günlük Vətən müharibəsində həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Qürur hissi ilə söyləmək olar ki, bugün Ölkə Prezidenti, doğma Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müdrik YAP siyasəti Azərbaycan xalqının firavanlğını, ölkəmizin milli maraqlarını layiqincə təmin edir.
Daha sonra çıxış edən tədbir iştirakçıları birlikdən,həmrəylikdən güc alan Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixinin heç zaman yaddaşlardan silinməyəcəyini vurğuladılar. Qeyd olundu ki, Böyük Zəfərlə bütün şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı. Vətən müharibəsində dövlətimiz və ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.
Şəhidin anası Kübra Ağayeva çıxışında Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.