Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əkbərov Həsən Raqub oğlunun ailə üzvləri ziyarət edilmişdir

18 noyabr 2023 | 13:22
Şəhid Əkbərov Həsən Raqub oğlunun ailə üzvləri ziyarət edilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mütəmadi olaraq torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini ziyarət edir. Növbəti ziyarət zamanı Şəhər rəhbəri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əkbərov Həsən Raqub oğlunun ailə üzvləri ilə görüşmüşdür. Görüşdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, şəhidlərin qanı, canı bahasına qazanılan Şanlı qələbənin əldə edildiyi vurğulanıb, şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu bildirilib.
Şəhər rəhbəri tərəfindən Şəhid ailəsini narahat edən məsələlər öyrənilmiş, onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər