Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəxtiyar Bəkirovun oğlu tələbə adını qazandı

01 sentyabr 2023 | 18:19

Şəhid Bəxtiyar Bəkirovun oğlu tələbə adını qazandı

Şəhid Bəkirov Bəxtiyar Yavər oğlunun xalqımıza əmanət olan övladı Bəkirov Yavər Bəxtiyar oğlu tələbə adını qazanıb. Belə ki, Şəhidin övladı 490,25 bal toplayaraq dövlət sifarişli əsaslarla Azərbaycan Tibb universitetinin Hərbi Tibb fakültəsinə daxil olub.
Qeyd edək ki, Yevlax rayonunun Xaldan kənd sakini, Bəkirov Bəxtiyar Yavər oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonunun Xaldan kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Yevlax şəhər İcra Hakimiyyəti və Yevlax sakinləri adından tələbə adını qazanması münasibətilə Yavər Bəkirovu təbrik edir, ona müvəffəqiyyətlər arzulayırıq.

Keçidlər