Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəhram İbrahimovun ailəsi evində ziyarət edildi

01 oktyabr 2022 | 15:52

Şəhid Bəhram İbrahimovun ailəsi evində ziyarət edildi

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələrinə, qazilərə və müharibə iştiakçılarına daim diqqət və qayğı göstərilir.Onların sosial məişət problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yevlaxda da Ölkə Rəhbərliyinin göstərişi ilə Şəhid ailələri, qazilər və veteranlar həmişə diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyətində yaradılmış qrupun üzvləri şəhid ailələrini və qaziləri evlərində ziyarət edir, onların problemlərini dinləyir, müraciətlər həlli istiqamətində tədbirlərin görülməsi üçün qeydiyyata alınır, müvafiq tədbirlər görülür.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev belə tədbirlərin davamı kimi rayonun Ərəbbəsrə kəndində 44 günlük Vətən Müharibəsində Şəhid olmuş İbrahimov Bəhram  Sakit oğlunun ailəsini ziyarət edib.

Şəhər rəhbəri Şəhidin valideynləri ilə söhbət zamanı Şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti, Müəzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.

İcra başçısı ailəni narahat edən problemlərin qısa müddətdə həll olunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Şəhidin valideynləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrini hər zaman diqqətdə saxladıqlarına və qayğı göstərdiklərinə görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər