Şəhid ailəsi ilə evində görüş keçirildi
Şəhid ailəsi ilə evində görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlaxda Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban edən Şəhidlərin ailələri həmişə diqqətdə saxlanılır. Problemlərinin öyrənilib, həlli istiqamətində işlər görülməsi üçün ailələr mütəmadi olaraq ziyarət edilir. Ənənə halını almış növbəti ziyarət zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Əcəmi kəndində Vətən Müharibəsi Şəhidi Nağıyev Nicat Azad oğlunun yaşamış olduğu evdə Şəhidin ailə üzvləri ilə görüşüb.
Görüş zamanı Şəhid Nicatın şərəfli həyat və döyüş yolu ilə yaxından tanış olan Şəhər rəhbəri ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb.
Şəhidin anası Raisə Nağıyeva oğlunun Şəhidlik kimi müqəddəs zirvəyə yüksəldiyini, övladı ilə fəxr etdiyini söylədi, dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldığını bildirərək,bu qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.