Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam etdirilir

06 iyun 2022 | 19:37

Yevlaxda şəhid ailələrinin ziyarət edilməsi davam etdirilir. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev və Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati Ərazi üzrə nümayəndəsi Amil Musayev Yevlax Şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş Əyyubov Ceyhun Savalan oğlunun, Məmmədov Yusif Vaqif oğlunun, Umarov Anar Məhəmməd oğlunun ailələrini evlərində ziyarət edib, ruhlarına rəhmət diləyiblər. Ziyarət zamanı ailələrin problemləri dinlənilib, qaldırdıqları məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Söhbət zamanı Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevanın şəhid ailələrinə və qazilərə, veteranlara olan diqqət,qayğıdan bəhs edilib. Ölkə Rəhbərliyinin tapşırıqlarına əsasən Yevlaxda da bu işlərin davam etdirildiyi vurğulanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, qarşılaşdıqları problemlərin həlli istiqamətində atılan addımlara görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər